ritor.az

Qazaxıstan OPEC+ öhdəliklərini yerinə yetirmək üçün neft hasilatını tənzimləyəcək

7-03-2025, 20:17 15 dəfə baxılıb

Qazaxıstan OPEC+ öhdəliklərini yerinə yetirmək üçün neft hasilatını tənzimləyəcək
Qazaxıstan OPEC+ öhdəliklərini yerinə yetirmək üçün neft hasilatını tənzimləyəcək
Astana, 7 mart, RİTOR.az

Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev əmin edib ki, Qazaxıstan OPEK+ çərçivəsində öz öhdəliklərinə sadiqdir və onların icrası üçün bütün zəruri tədbirləri görür.

RİTOR.az “Kazinform” agentliyinə istinadla xəbər verir ki, məsələnin həlli üçün Energetika Nazirliyi artıq ölkənin ən iri yataqlarını işləyən böyük beynəlxalq konsorsiumların səhmdarları ilə məsləhətləşmələr aparıb. Yaxın vaxtlarda Qazaxıstan ötən ilin yanvar ayından bəri artıq hasil edilmiş neft həcmlərinin kompensasiya olunması üzrə yenilənmiş plan təqdim edəcək.

"Biz tərəfdaşlarımızla konstruktiv dialoq aparırıq və onların bu məsələyə anlayışla yanaşdığını görürük. Eyni zamanda, Qazaxıstanda neft hasilatının azaldılmasına və OPEK+ çərçivəsində əldə edilmiş bütün razılaşmaların yerinə yetirilməsinə imkan verəcək tədbirlər kompleksini işləyib hazırlayırıq", – deyə energetika naziri bildirib.

Onun sözlərinə görə, Qazaxıstan öz öhdəliklərini yerinə yetirmək üçün bütün zəruri tədbirləri, o cümlədən ayrı-ayrı yataqlarda hasilat planlarının azaldılmasını həyata keçirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930