“Qalatasaray”ın sabiq futbolçusu karyerasını bitirib
“Qalatasaray”ın sabiq futbolçusu karyerasını bitirib
Bakı, 24 yanvar, Ritor.az
Braziliya millisinin və Türkiyənin “Qalatasaray” komandasının sabiq futbolçusu Felipe Melo karyerasını bitirib.
Ritor.az AZƏRTAC a istinadən xəbər verir ki, bu barədə 41 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.
Son olaraq ölkəsinin “Fluminense” komandasında çıxış etmiş keçmiş futbolçu yazıb: “Bu gün həyatımın ən önəmli dövrlərindən birini bitirirəm. Futbolçu karyeramı başa vururam”.
Qeyd edək ki, Felipe Melo karyerası ərzində “Qalatasaray”la yanaşı, İtaliyanın “Yuventus” və “İnter” kimi tanımış komandalarının da formasını geyinib. O, Braziliya millisinin heyətində 22 matçda 2 qolla yadda qalıb.