Türkiyədə meymunçiçəyi xəstələrinin sayı 5-ə yüksəlib.
Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca Nazirlər Kabinetinin dünənki iclasından öncə gündəmlə bağlı jurnalistlərə açıqlama verib.
O, açıqlamasında "Ölkəmizdə indiyədək 5 meymunçiçəyi virusu aşkarlanıb. Bu 5 xəstə xəstəxanalarda müalicə alır. 4 pasiyentimiz tam sağalaraq evə buraxılıb. Xəstələrimizdən biri təcridxanadadır. Onların səhhətləri yaxşıdır, heç bir problem yoxdur”, - deyə bildirib.
Fahrettin Koca meymunçiçəyinin Türkiyə üçün risk və ya qlobal pandemiya riski olmadığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.