ritor.az

Qazaxıstan bu il 3 min konteyner qatarının tranzitini təmin edəcək

22-02-2025, 19:56 21 dəfə baxılıb

Qazaxıstan bu il 3 min konteyner qatarının tranzitini təmin edəcək
Qazaxıstan bu il 3 min konteyner qatarının tranzitini təmin edəcək
Astana, 22 fevral, Ritor.az

Şensi əyaləti (ÇXR) 2025-ci ildə Çin-Avropa konteyner qatarlarının inkişafına 2,5 milyard yuan (344 milyon dollar) sərmayə qoyacaq.

Ritor.azAZƏRTACa istinadən “Qazaxıstan Dəmir Yolu” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu məsələ Şensi əyalətinin qubernatoru Çjao Qanq ilə SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev arasında keçirilən görüşdə müzakirə edilib.

2025-ci ildə Qazaxıstan ərazisindən tranzitlə 3 min konteyner qatarının göndərilməsi planlaşdırılır.

Tərəflər, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə Çin-Avropa istiqamətində yubiley konteyner qatarının yola salınması mərasiminə hazırlıq məsələlərini və Qazaxıstan tərəfinin Sian şəhərində keçiriləcək iri beynəlxalq nəqliyyat və logistika forumlarında iştirakını müzakirə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930