ritor.az

Prezident İlham Əliyev Şəhid Rəcai limanında baş vermiş partlayışa görə iranlı həmkarına başsağlığı verib

Dün, 20:29 18 dəfə baxılıb

Prezident İlham Əliyev Şəhid Rəcai limanında baş vermiş partlayışa görə iranlı həmkarına başsağlığı verib
Prezident İlham Əliyev Şəhid Rəcai limanında baş vermiş partlayışa görə iranlı həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralının olması ilə əlaqədar İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı verib.

RİTOR.az xəbər verir ki, dövlətimizin başçısı məktubunda qeyd edib: “Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930