ritor.az

Azərbaycan-ASEAN münasibətlərinin təşviqi yolları müzakirə olunub

15-04-2025, 16:57 0 dəfə baxılıb

Azərbaycan-ASEAN münasibətlərinin təşviqi yolları müzakirə olunub
Azərbaycan-ASEAN münasibətlərinin təşviqi yolları müzakirə olunub
Bakı, 15 aprel, RİTOR.az

Aprelin 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın xarici işlər nazirinin müavini Mohamad Alamin ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına əsasən RİTOR.az bildiri ki, görüşdə Azərbaycan ilə Malayziya arasında iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi və alternativ enerji, təhsil, turizm sahələri üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq gündəlikdə duran mövzular müzakirə olunub.

Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün perspektivlərin mövcudluğu qeyd edilib, bu istiqamətdə qarşılıqlı təmaslar və siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətinə toxunulub.

Azərbaycan-ASEAN münasibətlərinin təşviqi yollarının müzakirə olunduğu görüşdə, həmçinin digər beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarından bəhs edilib.

Ölkəmizin D-8-ə üzvlüyə qəbul olunmasının vacibliyi vurğulanıb və alqışlanıb.

2026-cı ildə Azərbaycanın İƏT-ə sədrliyi çərçivəsində Bakıda İƏT-in Zirvə görüşünə ev sahibliyi edəcəyi məmnunluqla qeyd olunub, bu proses çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qarşı tərəf, o cümlədən ölkəmizi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu sədrlik və ev sahibliyi münasibətilə, əldə olunmuş nailiyyətlərlə əlaqədar təbrik edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu gün, eyni zamanda, Azərbaycan Respublikası və Malayziya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Malayziya tərəfindən isə xarici işlər nazirinin müavini Mohamad Alamin rəhbərlik ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930