ritor.az

Azərbaycan ilə Yaponiya arasında energetika, neft-qaz sahəsində əməkdaşlıq çox yüksək templə inkişaf edir

21-02-2025, 22:06 2 dəfə baxılıb

Azərbaycan ilə Yaponiya arasında energetika, neft-qaz sahəsində əməkdaşlıq çox yüksək templə inkişaf edir
Azərbaycan ilə Yaponiya arasında energetika, neft-qaz sahəsində əməkdaşlıq çox yüksək templə inkişaf edir
Bakı, 21 fevral, Ritor.az

COP29 çərçivəsində yaranan ideyalar Yaponiya ilə Azərbaycan arasında yeni layihələrin ərsəyə gəlməsinə səbəb olacaq.

Ritor.az AZƏRTAC a istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Yaponiyanın ölkəmizdəki səfiri Vatanabe Katsuya deyib.

Azərbaycanın Yaponiya üçün çox vacib tərəfdaş ölkə olduğunu qeyd edən səfir fikirlərinə belə davam edib: “Otuz ildən artıqdır ki, Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulub. Bu müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə çox gözəl münasibətlər yaranıb və inkişaf etməkdədir. Energetika, neft-qaz sahəsində əməkdaşlıq çox yüksək templə inkişafdadır. Bundan sonra digər müxtəlif sahələrdə əməkdaşlığı daha da möhkəmləndirmək niyyətindəyik. Onu da qeyd edim ki, Azərbaycanda Yaponiya və yaponlar çox sevilir. Bu da bizi çox sevindirir. Azərbaycan əhəmiyyətli geosiyasi mövqedə - Avropa və Asiya qitələrinin arasında yerləşir. Odur ki, gələcəkdə logistik layihələrin həyata keçirilməsi baxımından Azərbaycan Yaponiya üçün çox önəmli ölkədir.

Ötən il Azərbaycanda COP29 kimi mötəbər tədbir çox yüksək səviyyədə keçirildi. Düşünürəm ki, həmin tədbir çərçivəsində yaranan ideyalar Yaponiya ilə Azərbaycan arasında yeni layihələrin ərsəyə gəlməsinə də səbəb olacaq. Hesab edirəm ki, yaşıl cəmiyyətin qurulması naminə Yaponiyanın texnologiyalarını tətbiq etmək çox yaxşı olardı. Eyni zamanda, Yaponiya informasiya kommunikasiya texnologiyaları sahəsində çox inkişaf edib. Fikrimcə, bu texnologiyaları Azərbaycanda da tətbiq etmək mümkündür. Onu da qeyd etmək istəyirəm ki, son vaxtlar Azərbaycandan Yaponiyaya səfər edən turistlərin sayı artım dinamikasındadır və COVID-19-dan öncəki dövrlə bərabərləşir. Mən çox istərdim ki, bundan sonra da turizm sahəsində Yaponiya ilə Azərbaycan arasındakı münasibətləri daha da dərinləşdirək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930