ritor.az

Hərbi xidmətdə yaş həddi tətbiq olunmayan şəxslərin dairəsi genişlənir

4-04-2025, 13:07 21 dəfə baxılıb

Hərbi xidmətdə yaş həddi tətbiq olunmayan şəxslərin dairəsi genişlənir
Hərbi xidmətdə yaş həddi tətbiq olunmayan şəxslərin dairəsi genişlənir

Hərbi xidmətdə son yaş həddinin müəyyən edilmədiyi şəxslərin dairəsi genişləndirilir.

RİTOR.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin bu gün keçirilən iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Layihəyə uyğun olaraq, ordu generalı və müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi orqanların (qurumların) rəhbərləri və müavinləri üçün yaş həddinin müəyyən olunmaması təklif edilir. Bu dəyişiklik Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) rəhbərlərinə də aiddir. Başqa sözlə, Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbərləri və müavinləri üçün də son yaş həddi tətbiq edilməyəcək. Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçən şəxslər isə vəzifələrindən azad olunduqdan sonra yaşa görə ehtiyata buraxılacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930