ritor.az

Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

23-04-2025, 23:09 19 dəfə baxılıb

Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir
Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir
Bakı, 23 aprel, RİTOR.az

“Qardaş ölkədə Mərmərə dənizində bu gün Türkiyə vaxtı ilə saat 12:49-da qeydə alınan, maqnitudası 6,2 olan güclü zəlzələdən sonra ərazidə afterşokların qeydə alınması davam edir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən qardaş ölkədə zəlzələ bölgəsindəki vəziyyətin monitorinqi davam etdirilir”.

Bu barədə açıqlamasında AMEA nəzdində RSXM-in Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

Mərkəzin şöbə müdiri bölgədə hələ də afterşokların qeydə alındığını diqqətə çatdırıb: “Təkanlar arasında maqnitudası 3-dən yuxarı olanlarla yanaşı, zəif maqnitudalılar da var. Hazırda monitorinq davam etdirilir və afterşokların zəlzələ bölgəsində zəlzələ ocağı sönənə qədər müəyyən bir müddət davam edəcəyi ehtimal edilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930