ritor.az

“Dostluq” boru kəməri ilə neftin nəqli yenidən dayandırılıb

4-03-2025, 20:00 0 dəfə baxılıb

“Dostluq” boru kəməri ilə neftin nəqli yenidən dayandırılıb
“Dostluq” boru kəməri ilə neftin nəqli yenidən dayandırılıb

“Dostluq” boru kəməri ilə Mərkəzi Avropa ölkələrinə neftin nəqli yenidən dayandırılıb.

RİTOR.az xəbər verir ki, məlumatı Çexiyanın sənaye və ticarət naziri Lukaş Vlçek təsdiqləyib. Nazir bildirib ki, ölkədə neft qıtlığı yoxdur. Lakin “Dostluq” boru kəməri ilə neftin nəqlinin bərpası uzun vaxt apararsa, Çexiya texniki cəhətdən istismara hazır olan “TAL+” neft kəmərindən istifadə etməyə başlaya bilər.

Media “Orlen Unipetrol” neft emalı şirkətinin tezliklə reaksiya verəcəyini gözləyir.

“Vəziyyətdən xəbərdarıq və məsələnin həlli üzərində işləyirik. Çexiyada neft zavodları mövcud vəziyyətə hazırdır. Bundan başqa dövlət maddi ehtiyatlarının effektiv sistemi də mövcuddur. Bu səbəbdən hamıya bir daha əminliklə bildirmək istəyirəm ki, ev təsərrüfatları və şirkətlərin ehtiyacı üçün kifayət qədər neft var. “Dostluq” kəməri ilə neft nəqli bərpa olunmasa, biz texniki cəhətdən hazır olan “TAL+” üzrə neftin tədarükünə başlayacağıq”, - deyə Vlçek söyləyib.

Oxşar vəziyyət Slovakiyada və şərqi Macarıstanın bir sıra neft emalı zavodlarında da müşahidə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930