ritor.az

Zahid Xəlilov "EKOLOJİ TERRORA" rəvac verir?-VİDEO

11-04-2025, 14:09 64 dəfə baxılıb

Zahid Xəlilov "EKOLOJİ TERRORA" rəvac verir?-VİDEO
Bakı şəhərinin ən böyük rayonlarından biri olan Nəsimi rayonu artıq altı aydır ki, icra başçısız qalıb.
RİTOR.az Mediatv.az-a istinadən xəbər verir ki, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Milli Məclisin deputatı olan sabiq icra başçısı Asif Əsgərov, 23 sentyabr 2024-cü ildə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Lakin o zamandan bəri rayon rəhbərliyi postu müəqqəti olaraq Zahid Xəlilova tapşırılıb.Redaksiyamıza daxil olmuş məlumata görə Nəsimi rayonu ərazisində ayrı-ayrı şəxslər tərəfindən yaşıllıqların məhv edilməsi və qanunsuz tikililər geniş vüsət alıb.Belə ki, Nəsimi rayonu Memar Əcəmi metrostansiyasının yaxınlığında Şəki restoranını sökürlər,qanunsuz sökünti aparan şəxslər iri gövdəli yaşıl ağac və 20-dən artıq zeytun ağacı kəsiblər. Məlumatda bildirilir ki,restoran sökülərək ərazidə qanunsuz olaraq yeni inşa işləri aparılması planlaşdırılır.Etibarlı mənbənin Mediatv.az-a verdiyi məlumata görə belə qanunsuz işləri görməyə müəyyən maraqlar daxilində "qeyri-rəsmi icazəni" rayona müəqqəti rəhbərlik edən Zahid Xəlilov və rayonun baş memarı Ələsgər Rüstəmov verib.Bəs gərəsən nəzarətedici qurumların - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Bakı Şəhər İcra Hakimiyyətlərin Nəsimi rayonundakı bu qanunsuzluqlardan xəbəri varmı?Xatırladaq ki,Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlər aparmalı,qanunsuz tikililərin qarşısını almaq üçün lazımi hüquqi tədbirlər görməlidirlər.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Mövzuya qayıldacağıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930