ritor.az

Xəzər Boru Kəməri Konsorsiumunun stansiyası PUA hücumuna məruz qalıb

17-02-2025, 14:15 0 dəfə baxılıb

Xəzər Boru Kəməri Konsorsiumunun stansiyası PUA hücumuna məruz qalıb
Xəzər Boru Kəməri Konsorsiumunun stansiyası PUA hücumuna məruz qalıb
Moskva, 17 fevral,Ritor.az

Krasnodar diyarında Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) neft nasos stansiyasına PUA hücumu olub.

Ritor.az AZƏRTAC a istinadən xəbər verir ki, şirkətdən verilən məlumata görə, neftin CPC sistemi ilə nəqli davam edir, lakin bu proses zədələnmiş stansiyadan yan keçməklə aşağı sürətlə aparılır. Tələfat və neft sızması təhlükəsi yoxdur. CPC hadisə ilə bağlı bütün beynəlxalq səhmdarları, o cümlədən ABŞ və Avropa təmsilçilərini xəbərdar edib.

Xəzər Boru Kəməri Konsorsiumu Xəzər regionundan neftin dünya bazarlarına ixracını təmin edən ən böyük neft nəqli sistemidir. Marşrut Qərbi Qazaxıstanın yataqlarını Rusiyanın Qara dəniz sahilləri ilə birləşdirir. Kəmərin gücü ildə 60 milyon tondan artıq xam neftdir. Son təyinat Novorossiyskdəki CPC dəniz terminalıdır, burada neft ixrac üçün tankerlərə yüklənir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930