ritor.az

Kürdəmirdə yol-nəqliyyat hadisəsi avtomobillərin hərəkətini məhdudlaşdırıb

21-04-2025, 22:09 28 dəfə baxılıb

Kürdəmirdə yol-nəqliyyat hadisəsi avtomobillərin hərəkətini məhdudlaşdırıb
Kürdəmirdə yol-nəqliyyat hadisəsi avtomobillərin hərəkətini məhdudlaşdırıb

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yük maşını aşıb, yüklər yola dağılıb. Hadisə Bakı-Qazax magistralının rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

RİTOR.az xəbər verir ki, yük avtomobilinin sürücüsü Ucar istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun hərəkət zolağından çıxaraq qarşı istiqamətə keçib və aşıb. Qəza zamanı avtomobildə daşınan müxtəlif yüklər yola səpələnib, bu da nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradıb.

Əraziyə cəlb edilən yol polisi əməkdaşları hərəkətin bərpası və təhlükəsizliyin təmin olunması üçün tədbirlər görüblər. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930