ritor.az

Oman XİN ABŞ-İran danışıqlarının ikinci mərhələsinin vaxtını təsdiqləyib

17-04-2025, 23:02 27 dəfə baxılıb

Oman XİN ABŞ-İran danışıqlarının ikinci mərhələsinin vaxtını təsdiqləyib
Oman XİN ABŞ-İran danışıqlarının ikinci mərhələsinin vaxtını təsdiqləyib
ABŞ-İran danışıqlarının ikinci mərhələsi aprelin 19-da İtaliyanın paytaxtı Romada keçiriləcək.

RİTOR.az xəbər verir ki, bu barədə Omanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün Romada danışıqların ikinci raundu keçiriləcək. Danışıqların məqsədi ədalətli, məcburi və davamlı razılaşmaya doğru irəliləyişə nail olmaqdır", - bəyanatda deyilir.

Bundan əvvəl "Axios" portalı mənbəyə istinadən məlumat verib ki, Tehranın nüvə proqramı ilə bağlı ABŞ və İran arasında məsləhətləşmələrin növbəti raundunun aprelin 19-da Romada keçirilməsi planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930