ritor.az

ABŞ qoşunlarının Avropadan çıxarılmasının ehtimal olunan nəticələri açıqlanıb

25-04-2025, 13:19 14 dəfə baxılıb

ABŞ qoşunlarının Avropadan çıxarılmasının ehtimal olunan nəticələri açıqlanıb
ABŞ qoşunlarının Avropadan çıxarılmasının ehtimal olunan nəticələri açıqlanıb

Avropada ABŞ qoşunlarının ixtisarından ilk olaraq Polşa və Baltikyanı ölkələr zərər çəkəcək.

RİTOR.az xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, bunu “Xarici Əlaqələr Şurası” təşkilatında ABŞ-ın xarici siyasəti və Avropa məsələləri üzrə elmi işçisi Ben Harris deyib.

“Avropada ABŞ qoşunlarının sayının azaldılması, çox güman ki, NATO-nun “Genişləndirilmiş ön mövcudluq” proqramı çərçivəsində 2022-ci ilin fevralından bəri yerləşdirilən bölmələrlə başlayacaq”, - deyə Ben Harris bildirib. Onun sözlərinə görə, ABŞ-ın hərəkətləri son nəticədə bütövlükdə Avropanın təhlükəsizliyinin zəifləməsinə gətirib çıxara bilər.

Bir müddət öncə, ABŞ ordusunun Avropa və Afrika Komandanlığı vəziyyətin optimallaşdırılması üçün qoşunlarının Ukraynanı silahla təmin edən Polşanın Jeşuv şəhərindəki silah qovşağından çıxarılacağı barədə məlumat yayıb. Bundan əlavə, Pentaqonda Şərqi Avropadan 10 min hərbçinin çıxarılması imkanlarının nəzərdən keçirildiyi məlum olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930