ritor.az

Tərtərdə 9 yaşlı uşağı avtomobil vuraraq hər iki ayağını sındırıb

21-05-2023, 12:50 39 dəfə baxılıb



Tərtər rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

RITOR.AZ “Report”a istinadən xəbər verir ki, rayonun Qapanlı kəndində avtomobil yolu keçən azyaşlını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki ayağının bud nahiyəsinin yerdəyişən sınıqları diaqnozu qoyulub.

Azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930