ritor.az

Prezident: Xüsusilə Şərqi Zəngəzur və Qarabağ bölgələrində öz investisiyalarımızla hidroenerji potensialımızı artırırıq

4-04-2025, 12:26 11 dəfə baxılıb

Prezident: Xüsusilə Şərqi Zəngəzur və Qarabağ bölgələrində öz investisiyalarımızla hidroenerji potensialımızı artırırıq
Prezident: Xüsusilə Şərqi Zəngəzur və Qarabağ bölgələrində öz investisiyalarımızla hidroenerji potensialımızı artırırıq

Biz deyə bilərik ki, Azərbaycan enerji təhlükəsizliyində tərəfdaşlıq üçün daha mühüm rol oynayacaq.

RİTOR.az
xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.

Bu gün artıq investorlarımızla imzalanmış müqavilələrin olduğunu söyləyən dövlətimizin başçısı vurğulayıb: “Bu, Günəş və Külək enerji stansiyalarına aid olan müqavilələrdir ki, 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd edirəm ki, nəticədə xeyli təbii qaza qənaət etmək imkanı yaranacaq ki, hazırda həmin qaz ölkə daxilində elektrik enerjisinin istehsalı üçün istifadə olunur və ixraca yönəldiləcək. Biz, eyni zamanda, öz investisiyalarımızla hidroenerji potensialımızı artırırıq, xüsusən də Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ bölgələrində”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930