ritor.az

İmişlidə yük maşını və minik avtomobili toqquşub, xəsarət alanlar var

12-03-2025, 20:16 17 dəfə baxılıb

İmişlidə yük maşını və minik avtomobili toqquşub, xəsarət alanlar var
İmişlidə yük maşını və minik avtomobili toqquşub, xəsarət alanlar var
İmişli, 12 mart, RİTOR.az
İmişli rayonu ərazisində yük maşını və minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

RİTOR.az xəbər verir ki, hadisə saat 18 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Mercedes” markalı yük maşını və “Mercedes” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alanlar olub.

Xəstəxanadan bildirilib ki, İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (hər biri qadın cinsli olmaqla) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub. Onlardan 1939-cu il təvəllüdlü şəxsə sol mil sümüyünün tipik yerindən qapalı yerdəyişmiş sınığı, 1951-ci il təvəllüdlü şəxsə sol qol nahiyəsinin əziyi, 1953-cü il təvəllüdlü şəxsə isə alın nahiyəsinin və sağ biləyin əzilmiş, cırılmış yaraları, burun sümüklərinin qapalı sınığı diaqnozları təyin edilib. Hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930