ritor.az

“Haber Global”: Prezident İlham Əliyev Avropaya qaz tədarükü coğrafiyasının genişləndirilməsi planlarını açıqlayıb

4-04-2025, 13:05 0 dəfə baxılıb

“Haber Global”: Prezident İlham Əliyev Avropaya qaz tədarükü coğrafiyasının genişləndirilməsi planlarını açıqlayıb
“Haber Global”: Prezident İlham Əliyev Avropaya qaz tədarükü coğrafiyasının genişləndirilməsi planlarını açıqlayıb

Türkiyənin “Haber Global” telekanalı çoxmilyonlu tamaşaçı auditoriyasına Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi barədə məlumat verib.

RİTOR.az xəbər verir ki, xəbər telekanalı diqqəti Azərbaycan Prezidenti İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışına yönəldib.

Türkiyənin xəbər telekanalı qeyd edib: “Dövlət başçısı vurğulayıb ki, bu gün enerji təhlükəsizliyi həmişəkindən daha çox milli təhlükəsizlik, ölkələrin təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib”.

“Haber Global” telekanalı Prezident İlham Əliyevin Avropaya qaz tədarükünün genişləndirilməsi haqqında ifadə etdiyi fikirləri ön plana çıxarıb: “Bizim qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki biz artıq qazpaylama şəbəkəsinin yaradılmasında bəzi Avropa ölkələrində işləyirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir. Azərbaycan bunu etməyi planlaşdırır. Beləliklə, bizim qaz təchizatının coğrafiyası birmənalı olaraq genişlənəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930