ritor.az

Türkiyə mediası AZƏRTAC-ın 105 illik yubileyini geniş işıqlandırıb

2-03-2025, 19:30 0 dəfə baxılıb

Türkiyə mediası AZƏRTAC-ın 105 illik yubileyini geniş işıqlandırıb
Türkiyə mediası AZƏRTAC-ın 105 illik yubileyini geniş işıqlandırıb
Ankara, 2 mart, RİTOR.az

Türkiyə telekanalları, informasiya agentlikləri və qəzetləri Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 105 illik yubileyini geniş işıqlandırıb.

AZƏRTAC-ın yubileyinə həsr olunmuş reportaj və məqalələrdə Azərbaycanın media məkanının flaqmanının keçdiyi tarixi yollar barədə geniş məlumatlar verilib.

Qeyd olunur ki, AZƏRTAC-ın xəbər həcmi ildən ilə artır.

“Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbərlərin sayının artmasına üstünlük verir. Agentlik gündəlik 500-dən çox xəbər paylaşır. Bundan başqa, AZƏRTAC gündəlik 40-a yaxın video material və öz şəxsi şəkilləri olan 100-dən çox xəbər yayır”, - deyə “Anadolu” agentliyi yazır. Bildirilir ki, dünyanın 25 ölkəsində nümayəndəliyi olan AZƏRTAC 8 xarici dildə xəbərlər dərc edir.

“HaberGlobal” telekanalı AZƏRTAC-ı “dünyanın aparıcı informasiya agentlikləri ilə fəal əməkdaşlıq edən etibarlı informasiya mənbəyi” adlandırıb.

AZƏRTAC-ın yubileyi mövzusuna həsr olunmuş xəbərlərdə qeyd olunur ki, Azərbaycanın aparıcı media resursu dünyanın 53 informasiya agentliyi ilə əməkdaşlığı inkişaf etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930