ritor.az

Türkiyə mediası Prezident İlham Əliyevin müsahibəsinə geniş yer ayırıb

8-01-2025, 12:38 2 dəfə baxılıb

Türkiyə mediası Prezident İlham Əliyevin müsahibəsinə geniş yer ayırıb

Türkiyə mediası Prezident İlham Əliyevin müsahibəsinə geniş yer ayırıb

Ankara, 8 yanvar, Ritor.az

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər Türkiyə mediasında geniş işıqlandırılıb.

Ritor.az AZƏRTAC a istinadən xəbər verir ki, xəbər agentlikləri, qəzetlər, informasiya portalları və televiziya kanalları Azərbaycan rəhbərinin Ankara ilə Bakının sıx əməkdaşlığı, Türkiyə sərhədləri yaxınlığında terror təhlükəsinin yolverilməzliyi barədə sözlərinə xüsusi diqqət yetirib.

Prezident İlham Əliyevin Yaxın Şərqdə, xüsusilə Fələstin və Suriyadakı vəziyyətlə bağlı mövqeyi geniş auditoriyaya çatdırılıb.

Türkiyə ictimaiyyətinə dövlətimizin başçısının İranda Azərbaycan və Türkiyə prezidentlərinin ünvanına səsləndirilən qalmaqallı bəyanatlara münasibəti də çatdırılıb.

Əsas diqqət Prezident İlham Əliyevin Cənubi Qafqazda silahlanma yarışının yolverilməzliyi ilə bağlı bəyanatlarına, siyasətçinin Ermənistanla sülhün perspektivləri ilə bağlı mövqeyinə və anti-Azərbaycan isterikasını qızışdıran Fransanı tənqid etməsinə cəlb olunub.

Bəzi media orqanları Azərbaycan Prezidentinin regional kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlı sözlərini öz materiallarının sərlövhəsinə çıxarıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930