ritor.az

Prezident İlham Əliyevin AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı bəyanatları Türkiyə mətbuatında geniş işıqlandırılıb

29-12-2024, 20:25 6 dəfə baxılıb

Prezident İlham Əliyevin AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı bəyanatları Türkiyə mətbuatında geniş işıqlandırılıb
Ankara, 29 dekabr, Ritor.az

Türkiyə mətbuatı Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsini geniş işıqlandırıb. Dövlət başçısı müsahibədə Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yollarına” (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı rəsmi Bakının mövqeyini açıqlayıb.

Ritor.az AZƏRTAC a istinadən xəbər verir ki, qardaş ölkənin mətbuatı Azərbaycan Prezidentinin 38 nəfərin həyatını itirdiyi faciə ilə bağlı Rusiya tərəfinə ünvanladığı tələblərə diqqət çəkib.

Televiziya kanalları, qəzetlər və xəbər portalları mülki təyyarənin atəşə tutulması ilə bilavasitə əlaqəsi olanların hamısının cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də xəsarət alan sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödənilməsi tələbləri ilə manşetlərə çıxıb.

AZAL-a məxsus təyyarənin qəzaya uğramasına səbəb kimi Rusiya ərazisində xaricdən zədə aldığı vurğulanıb. Həmçinin Prezident İlham Əliyevin Rusiya tərəfinin “məsələni ört-basdır etməyə” çalışdığı ilə bağlı sözlərindən də sitat gətirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930