ritor.az

Türkiyə mediası: Azərbaycan Prezidenti təyyarə qəzası ilə bağlı günahkarların cəzalandırılmasını tələb edib

6-01-2025, 19:56 2 dəfə baxılıb

Türkiyə mediası: Azərbaycan Prezidenti təyyarə qəzası ilə bağlı günahkarların cəzalandırılmasını tələb edib
Ankara, 6 yanvar, Ritor.az

Türkiyə mediası Azərbaycan Prezidenti İlham Əliyevin qəzaya uğrayan AZAL təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri, eləcə də sağ qalan bələdçilər ilə görüşündə səsləndirdiyi fikirləri geniş işıqlandırıb.

Ritor.az AZƏRTAC a istinadən xəbər verir ki, qardaş ölkənin media orqanları Azərbaycanın Liderinin ölkə vətəndaşlarının həlak olmasında Rusiya nümayəndələrinin təqsirinin olması ilə bağlı sözlərini sitat gətirib. Eyni zamanda, Prezident İlham Əliyevin ədalətin təmin edilməsi və faciə ilə bilavasitə əlaqəsi olan bütün şəxslərin cəzalandırılması ilə bağlı tələblərinə diqqət çəkilib. Azərbaycanın qəza ilə bağlı tam şəffaflıq və insani davranış tələb etdiyi vurğulanıb.

Bildirilib ki, “Embraer 190”ın “qara qutu”larının Braziliyaya göndərilməsi barədə məlumat veriblər ki, bu da Bakı-Qroznı reysində 38 sərnişinin həyatına son qoyan qəzanın obyektiv şəkildə araşdırılmasına imkan verəcək.

Materiallarda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan dövlətinin başçısına üzrxahlıq etdiyi də xatırladılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930