ritor.az

Azərbaycan Prezidenti telekanallara müsahibəsində Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşüb

7-01-2025, 23:01 0 dəfə baxılıb

Azərbaycan Prezidenti telekanallara müsahibəsində Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşüb
Azərbaycan Prezidenti telekanallara müsahibəsində Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşüb
Bakı, 7 yanvar, Ritor.az

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşüb.

Ritor.az AZƏRTAC a istinadən xəbər verir ki, dövlətimizin başçısı bildirib: “Biz çox şadıq ki, Suriyada dəyişikliklər baş verdi və bu münasibətlə Türkiyə ilə Suriyanın yeni hökuməti arasında mövcud olan əlaqələr, əlbəttə ki, bizi də çox sevindirir. Çünki Suriya Türkiyə ilə həmsərhəd olan ölkədir və hər bir ölkə öz sərhədlərinin kənarında vəziyyəti sabit görmək istəyir”.

Prezident vurğulayıb ki, Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. “Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir”, - deyə dövlətimizin başçısı əlavə edib.

Azərbaycan Prezidenti, eyni zamanda, İsrail-Fələstin məsələsində də mövqeyimizin dəyişməz olaraq qaldığını söyləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930