ritor.az

Almaniya Xarici İşlər Naziri Ukraynaya səfər edib

11-09-2022, 14:44 119 dəfə baxılıb


Almaniyanın xarici işlər naziri Annalean Berbok və ukraynalı həmkarı Dmitri Kuleba ikitərəfli danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.

Kulebanın sözlərinə görə, görüşün əsas mövzusu Ukrayna üçün nəzərdə silah təchizatının artırılması və göndərilmə prosesinin sürətləndirilməsi olub.

O bildirib ki, Ukrayna payız boyu İRİS-T havadan müdafiə sisteminin çatdırılmasını gözləyəcək.

Ukrayna xarici işlər naziri Leopard tanklarının da ölkəsinə göndərilməsinə heç bir maneə görmədiyini deyib.

“Biz leopard planının icra olunmasına heç bir maneə görmürük. Lakin, bu qərar təsdiq edilənədək, mən almaniyalı həmkarımdan Almaniyanın bizi artilleriya mərmiləri ilə təmin etməsini istədim. Bizi cəbhədə buna ehtiyacımız var.Bu qərar tank göndərilməsi qədər çətin qərar deyil. Artilleriya gücü bizim hücum qabiliyyətimizi əhəmiyyətli dərəcədə artıra bilər”-deyə Kuleba qeyd edib.

Almaniya xarici işlər naziri isə çıxışında bunları dilə gətirib

Biz keçən həftə KOBRA radarlarını və Gepard zenit raket qurğusunu Ukraynaya çatdırdıq.

Tezliklər İRİS-T havadan müdafiə sistemi də əlavə ediləcək. Biz Ukraynanı körpülər tikmək üçün materiallarla da təmin edəcəyik.

Tərəflər hər iki ölkənin xarici işlər nazirliklərinin əməkdaşlığı gücləndirməsi və ukraynanın Avropaya inteqrasiyasına Almaniya tərəfindən diplomatik kömək göstərilməsi ilə bağlı razılığa gəliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930