Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat nazirlərinin görüşü keçiriləcək
Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, üçtərəfli görüşün iyunun 27-də Bakıda keçirilməsi nəzərdə tutulub.