ritor.az

Zelenski və Putin İndoneziyada görüşə bilər

20-08-2022, 14:01 115 dəfə baxılıb


Bu il G20 sammitinin noyabr ayında Balidə keçirilməsi planlaşdırılır.

APA xarici mediaya istinadən xəbər verir ki, ABŞ, Kanada və bir sıra digər ölkələrin etirazlarına baxmayaraq, İndoneziyanın ev sahibliyi etdiyi sammitə Rusiya prezidenti Vladimir Putin də dəvət alıb.

Ukrayna prezidenti də G20-yə qonaq qismində dəvət alıb.

İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares qeyd edib ki, ölkəsi Ukrayna və Rusiya arasında dialoqu təşviq etmək istəyir.

Lakin bu məsələ, eləcə də Ukrayna və Rusiyanın sammitində iştirak formatı açıq qalır.

İndoneziya tərəfinə sammit çərçivəsində Vladimir Putin və Vladimir Zelenski arasında görüşü təşkil etmək mümkün görünür.

Tərəflərdən heç biri görüşmək üçün hər hansı xüsusi istəyi ifadə etməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930