Dünya Bankı bu gün bizə xüsusi şərtlər təklif edirlər. Biz onlarla növbəti ilin ortalarına qədər tam razılığa gəlsək, o şərtləri əldə edə bilərik.
[center]] AZƏRTAC-a istinadəm xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə deyib.
Nazir bildirib ki, onlar Qarabağın yenidən qurulması proseslərini nəzərə alaraq, belə bir qərar qəbul ediblər ki, Azərbaycana güzəştli şərtlərlə kreditlər verə bilərlər: “Bu şərtlər çərçivəsində bizə lazım olan layihələri seçə bilərik. Yəni elə layihələr var ki, məsələn, avtomobil yollarının tikintisi, biz onlara xarici komponentli valyutanı cəlb etməməliyik. Amma biz layihələri seçərkən istənilən halda valyuta xərclərimizi nəzərə almalıyıq. Yəqin ki, bu məqsədlər üçün biz vəsait cəlb edə bilərdik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.