ritor.az

İsveçdə su samurlarının yetişdirilməsi dayandırılıb

Bugün, 17:46 14 dəfə baxılıb

İsveçdə su samurlarının yetişdirilməsi dayandırılıb
İsveçdə su samurlarının yetişdirilməsi dayandırılıb

İsveçdəki 27 su samuru fermasının hamısı fəaliyyətini dayandırmaq qərarına gəlib.

RİTOR.az xəbər verir ki, fermerlər 2025-ci il iyunun 30-dək bu heyvanın yetişdirilməsini dayandıranlar üçün nəzərdə tutulmuş dövlət kompensasiyasını almaq məqsədilə müraciət ediblər.

Ümumi ödəniş məbləği 180 milyon İsveç kronu (təxminən 17 milyon ABŞ dolları) təşkil edəcək və bu vəsait damazlıq heyvanların sayına əsasən bölüşdürüləcək.

Bundan əvvəl İsveç hökuməti xəzdərili heyvanların yetişdirilməsinin qadağan olunması ilə bağlı araşdırmaya başlamışdı, lakin bu sahədə çalışanlar nəticələri gözləmədən fəaliyyətlərini müstəqil şəkildə dayandırmağa qərar verib.

“Svensk Mink” təşkilatının direktoru Yorqen Martinsonun sözlərinə görə, yeni fermaların yaradılması perspektivi mümkün görünmür.

Bu sahəyə aid təşkilatın özü də ləğv prosesindədir, lakin kompensasiya ödənişləri başa çatana qədər fəaliyyətini davam etdirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930