Zabratda avtomobil təmiri sexində yanğın baş verib
Zabratda avtomobil təmiri sexində yanğın baş verib
Bakı, 29 aprel, RİTOR.az
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, RİTOR.az bildirir dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.
Ətraflı