ritor.az

Ukrayna Rusiya aktivlərinin hesabına Böyük Britaniyadan təxminən 1 milyard dollar alıb

7-03-2025, 20:21 16 dəfə baxılıb

Ukrayna Rusiya aktivlərinin hesabına Böyük Britaniyadan təxminən 1 milyard dollar alıb
Ukrayna Rusiya aktivlərinin hesabına Böyük Britaniyadan təxminən 1 milyard dollar alıb
Kiyev, 7 mart, RİTOR.az

Ukrayna Böyük Britaniyadan 752 milyon funt (970 milyon ABŞ dolları) məbləğində ilk tranş alıb. Vəsait dondurulmuş Rusiya aktivlərindən əldə edilmiş gəlirlər hesabına təmin edilib.

RİTOR.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal “Teleqram” kanalında məlumat verib.

“Bu gün biz “G7 ERA” təşəbbüsü çərçivəsində 752 milyon funt aldıq. Vəsait Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək”, - deyə o yazıb.

Şmıqal Böyük Britaniya hökumətinə və G7-dəki digər tərəfdaşlarına Rusiya aktivlərinin Ukrayna xeyrinə işləməsini təmin edən mexanizmə görə təşəkkürünü bildirib.

“Ümid edirik ki, gələcəkdə də Rusiyanın bütün suveren aktivləri müsadirə ediləcək və bizim dövlətin xeyrinə təhvil veriləcək”, - deyə o əlavə edib.

Qeyd edək ki, martın 1-də Ukraynanın maliyyə naziri Sergey Marçenko və Böyük Britaniya xəzinəsinin kansleri Reyçel Rivz arasında “G7 Extraordinary Revenue Acceleration for Ukraine” (ERA) təşəbbüsü çərçivəsində Ukraynanın müdafiə xərclərinə 2,26 milyard funt sterlinq (2,8 milyard dollardan çox) ayrılmasını nəzərdə tutan saziş imzalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930