ritor.az

ICESCO-nun Baş direktoru: Bakıda açılan regional ofis bilik, mədəniyyət, elm, ünsiyyət və sülh mayakına çevriləcək

Bugün, 18:03 15 dəfə baxılıb

ICESCO-nun Baş direktoru: Bakıda açılan regional ofis bilik, mədəniyyət, elm, ünsiyyət və sülh mayakına çevriləcək
ICESCO-nun Baş direktoru: Bakıda açılan regional ofis bilik, mədəniyyət, elm, ünsiyyət və sülh mayakına çevriləcək

Yenidən Bakıda olmaqdan çox məmnunam. Bu gün bizim üçün özəl bir gündür, çünki İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Bakıda regional ofisinin açılışını edirik, bu, bizim gerçəkləşən ortaq arzumuzdur. Azərbaycan Prezidenti İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın ofisin yaradılmasına və ICESCO-nun təhsil, mədəniyyət, elm və sülhlə bağlı bütün fəaliyyətlərinə göstərdiyi dəstək misilsizdir.

RİTOR.az xəbər verir ki, bu sözləri təşkilatın Baş direktoru Salim bin Məhəmməd əl-Malik ICESCO-nun Bakıda keçirilən regional ofisinin açılışı zamanı jurnalistlərə bəyanatında deyib.

“Düşünürəm ki, Azərbaycanla əməkdaşlığımızın bəhrəsi misilsizdir və bunu bu gün Bakıda açılan regional ofisimizdə aydın görmək olur. Sizi əmin edirəm ki, bu ofis xüsusi olacaq. O, həyata keçirdiyi fəaliyyətlər və quracağı əməkdaşlıq forması ilə fərqlənəcək. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Birinci vitse-prezidenti və hökumətinin bu səviyyədə dəstəyi ilə bu ofis bilik, mədəniyyət, elm, ünsiyyət və sülh mayakına çevriləcək”, – deyə Baş direktor qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930