ritor.az

Nazir: "Azərbaycandan Türkiyəyə gedən qaz kəmərinin ötürücülük gücü 2 dəfə artırılacaq"

17-01-2023, 11:33 123 dəfə baxılıb


“Türkiyəyə təbii qaz nəql edən boru xəttinin ötürücülük gücü qarşıdakı dövrdə 2 dəfə artırılacaq”.

Ritor.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyində keçirilən Türkiyə-Macarıstan 8-ci Dövr Birgə İqtisadi Komissiyasının (KEK) toplantısında iştirakı zamanı deyib.

O bildirib ki, Türkiyə enerji mərkəzinə çevrilmək yolunda mühüm addımlar atır: “Türkiyədə Frakiyada yeni enerji terminalının tikintisi üçün hazırlıqlar sona çatmaq üzrədir. Buradan ölkəmizə təbii qaz axmağa başlayacaq. Bu yaxınlarda Qara dənizdə yeni böyük qaz yatağı kəşf etdik. Biz potensialımızı, gücümüzü dost və müttəfiq ölkələrlə bölüşməyə davam edəcəyik. Macarıstanla əlaqələrimizi də sıx şəkildə davam etdirəcəyik”.

Macarıstanın xarici İşlər və ticarət naziri isə bildirib ki, ölkəsinin enerji təchizatının şaxələndirilməsi üçün bəzi addımlar atılır: “Azərbaycan qazı ilə yanaşı, Macarıstana həm də mayeləşdirilmiş təbii qazın gətirilməsi Türkiyə limanları vasitəsilə nəzərəd tutulub”.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı- Tbilisi- Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930