ritor.az

Türkiyənin energetika naziri Naxçıvana qaz nəqlinin tezliklə başlanacağını elan edib

2-03-2025, 19:42 9 dəfə baxılıb

Türkiyənin energetika naziri Naxçıvana qaz nəqlinin tezliklə başlanacağını elan edib
Türkiyənin energetika naziri Naxçıvana qaz nəqlinin tezliklə başlanacağını elan edib

Türkiyənin energetika və təbii sərvətlər naziri Arparslan Bayraktar Naxçıvan Muxtar Respublikasına (NMR) təbii qazın nəqlinin tezliklə başlanacağını elan edib.

RİTOR.az xəbər verir ki, Rusiya Federasiyasına səfəri zamanı jurnalistlərlə söhbətində türkiyəli nazir Bolqarıstan və Yunanıstandan sonra Türkiyədən Naxçıvana da mavi yanacaq tədarükünə başlanacağını vurğulayıb.

“Naxçıvan Muxtar Respublikasına qazın nəqli inşası artıq başa çatmış İğdır-Naxçıvan boru kəməri vasitəsilə həyata keçiriləcək”, - deyə energetika naziri qeyd edib.

O bildirib ki, Türkiyəyə qaz tədarükü hazırda 14 müxtəlif keçid nöqtəsindən həyata keçirilir.

Türkmən qazının alışı mövzusuna toxunan Alparslan Bayraktar qeyd edib ki, Aşqabadla əldə edilən razılaşmaya əsasən, mavi yanacağın İran vasitəsilə svop satınalma sxemi təsdiqlənib.

“Türkmən qazı Türkiyənin qaz alışına dair maliyyə yükünü azaltmağa kömək edəcək. İlkin mərhələdə 1,5 milyon abunəçinin ehtiyaclarını ödəyəcək həcmdə qaz alınması planlaşdırılır”, - deyə nazir bildirib. Bununla yanaşı, o, Trans-Xəzər boru kəmərinin inşasını “ideal variant” adlandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930