ritor.az

Danimarka miqrasiya probleminin həllində Almaniya hökuməti ilə əməkdaşlıq etmək istəyir

2-03-2025, 19:49 8 dəfə baxılıb

Danimarka miqrasiya probleminin həllində Almaniya hökuməti ilə əməkdaşlıq etmək istəyir
Danimarka miqrasiya probleminin həllində Almaniya hökuməti ilə əməkdaşlıq etmək istəyir

Danimarkanın miqrasiya naziri Kaare Dybvad Bek Almaniya hökumətini miqrasiya problemi üçün birgə həll yolları axtarmağa çağırıb.

RİTOR.az xəbər verir ki, Kaare Dybvad Bek “Bild” qəzetinə açıqlamasında Avropa miqrasiya sistemini tənqid edərək bildirib: “Avropa səviyyəsində hazırkı sığınacaq sistemi qeyri-insanidir və səmərəli deyil, çünki insan alverçilərinin biznes modelini dəstəkləyir. Avropa cəmiyyətləri miqrasiya təzyiqi altındadır, qeyri-qanuni miqrantlar siyasi təzyiq vasitəsi kimi istifadə olunur və Aralıq dənizində minlərlə insan həyatını itirir”.

Nazir bildirib ki, Danimarka Almaniya ilə daha sıx əməkdaşlıq etməyə hazırdır. O, gələcəkdə Almaniyanın miqrasiya siyasəti ilə bağlı daha sərt və səmərəli addımlar atacağına ümidvar olduğunu ifadə edib.

Danimarka hökuməti 2015-ci ildən etibarən miqrasiya siyasətini sərtləşdirərək qeyri-qanuni miqrant axınının qarşısını alıb və sağ radikal partiyaların təsirini zəiflədib. Lakin Almaniya hökuməti miqrasiya problemini uzun müddətdir nəzarətdə saxlaya bilmir. Danimarkanın uğurlu “sıfır sığınacaq” siyasəti çərçivəsində oturum icazələri qaçqınlara müvəqqəti verilir və uzadılmır, sosial yardımlar azaldılıb, qeydiyyat və məskunlaşma qaydaları sərtləşdirilib, geri qaytarma prosedurları asanlaşdırılıb. Bu tədbirlər nəticəsində 2024-cü ildə ölkədə cəmi 2300 sığınacaq müraciəti qeydə alınıb, onlardan yalnız 860-ı təsdiqlənib. Bu rəqəm Almaniyada 229 min 751-dir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930