ritor.az

Azərbaycan ilə Gürcüstan arasında tibbi turizm və demoqrafik problemlərin həlli məsələləri müzakirə olunub

12-02-2025, 20:29 2 dəfə baxılıb

Azərbaycan ilə Gürcüstan arasında tibbi turizm və demoqrafik problemlərin həlli məsələləri müzakirə olunub
Azərbaycan ilə Gürcüstan arasında tibbi turizm və demoqrafik problemlərin həlli məsələləri müzakirə olunub
Tbilisi, 12 fevral, Ritor.az

Tbilisidə səfərdə olan Milli Məclisin Əmək və Sosial Məsələlər Komitəsinin sədri Musa Quliyev Gürcüstan parlamentinin Səhiyyə və Sosial Məsələlər Komitəsinin sədri Zaza Lominaşe ilə görüşüb.

Ritor.az AZƏRTAC a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı uzunmüddətli dostluq əlaqələrinin gücləndirilməsinə, xüsusən də parlamentlərarası əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb. Söhbət zamanı səhiyyə sahəsində əməkdaşlıq məsələləri xüsusi yer tutub.

Zaza Lominaşe bildirib ki, iki ölkə tibbi turizmin inkişafı və orqan transplantasiyası sahəsində birgə əməkdaşlıq etməyə razılaşıblar. Eyni zamanda, miqrasiya prosesləri və demoqrafik problemlərin həlli üzrə birgə iş aparmaq da planlaşdırılır.

Görüşdə gələcəkdə komitələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə konkret planlar hazırlanıb.

Növbəti görüşün komitə səviyyəsində Azərbaycanda keçirilməsi qərara alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930