ritor.az

Miqrantlar marşrutlarında Çexiya ərazisindən az istifadə etməyə başlayıblar

11-02-2025, 21:30 0 dəfə baxılıb

Miqrantlar marşrutlarında Çexiya ərazisindən az istifadə etməyə başlayıblar
Miqrantlar marşrutlarında Çexiya ərazisindən az istifadə etməyə başlayıblar
Praqa, 11 fevral, Ritor.az

Çexiya polisi bildirib ki, qeyri-qanuni miqrantların tranzit məqsədlər üçün ölkə ərazisindən istifadə etməsi halları ilə bağlı vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Ritor.az AZƏRTAC a istinadən Çexiyanın Miqrasiya Xidmətinə istinadla xəbər verir ki, 2024-cü ildə miqrantların ölkə ərazisindən keçmə halları təxminən 90 faiz azalıb. Bununla yanaşı, Çexiyada qalan qeyri-qanuni miqrantların sayı da üçdəbir qədər azalıb. Bu gün onların sayı 10 min nəfərə yaxındır.

Çexiyanın Miqrasiya Xidməti hesab edir ki, yaşama icazəsi olmayan xaricilərin real sayını müəyyən etmək mümkün deyil. Heç kim onların sayını bilmir. Polis yalnız saxlanılma faktları ilə bağlı əldə edilən statistikaya əsaslanır. Lakin polis də hamını saxlamır axı. Bunlar həm ölkə ərazisindən qeyri-qanuni tranzit yolu kimi istifadə edənlər, həm də sənədlərinin müddətinin bitməsi səbəbindən ölkədə qalan şəxslər ola bilər. Bir sözlə, Balkan istiqamətindən Çexiyaya miqrant axınının azalmasında şübhə yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930