ritor.az

Almaniya Prezidenti Münxendə hücumun baş verdiyi ərazidə təşkil olunan xatirə mərasimində iştirak edib

14-02-2025, 14:38 9 dəfə baxılıb

Almaniya Prezidenti Münxendə hücumun baş verdiyi ərazidə təşkil olunan xatirə mərasimində iştirak edib
Almaniya Prezidenti Münxendə hücumun baş verdiyi ərazidə təşkil olunan xatirə mərasimində iştirak edib
Berlin, 14 fevral, Ritor.az

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Bavariya əyalətinin Baş naziri Markus Söder Münxendə əfqan miqrantın ötən gün avtomobillə insanların üzərinə hücum etdiyi ərazidə təşkil olunan xatirə mərasimində iştirak ediblər.

Ritor.az AZƏRTACa istinadən yerli mediaya istinadla xəbər verir ki, Almaniya Prezidenti hadisə barədə qısa açıqlama da verib: “Bu hücumun amansızlığı bizi dərindən sarsıdır və çaşqınlıq yaradır”.

Prezident hücumu törədən şəxsin təsadüfi insanları öldürmək və yaralamaq niyyətində olduğunu vurğulayaraq, onun qanun qarşısında cavab verəcəyini deyib. Frank-Valter Ştaynmayer polis və təcili yardım işçilərinə təşəkkürünü də ifadə edib.

Xatırladaq ki, ötən gün Münxendə əfqan miqrantın avtomobili insanların üzərinə sürməsi nəticəsində azı 30 nəfər xəsarət alıb.

Münxen şəhərinin meri Diter Rayter xəsarət alanlardan 10-a yaxının, o cümlədən bir uşağın vəziyyətinin ağır olduğunu bildirib.

Hücumu törədən şəxsin - Almaniyada sığınacaq axtaran 24 yaşlı əfqan miqrantın əvvəllər narkotik maddə və oğurluq halları ilə əlaqədar polis tərəfindən saxlanıldığı müəyyən edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930