ritor.az

Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb

17-02-2025, 23:14 21 dəfə baxılıb

Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb
Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb
Bakı, 17 fevral, Ritor.az
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 17-də Tehran şəhərinə işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.

Ritor.az xəbər verir ki, görüşdə Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyəti, həmçinin iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat-tranzit, neft-qaz, energetika və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Avtomobil və dəmir yolları bağlantılarının yaradılması, İran ərazisindən keçməklə Şərqi Zəngəzur-Naxçıvan nəqliyyat infrastrukturunun tikintisi, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və digər birgə layihələrin icra vəziyyəti nəzərdən keçirilib.

Eyni zamanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, dənizin çirkləndirilməsinin və dayazlaşmasının qarşısının alınması, habelə Xəzər dənizi hövzəsində əməkdaşlıqla bağlı bir sıra digər məsələlər barədə müzakirələr aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930