ritor.az

Azərbaycanın və Qətər Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirili

27-01-2025, 16:03 29 dəfə baxılıb

Azərbaycanın və Qətər Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycanın və Qətər Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirili
Bakı, 27 yanvar, Ritor.az
Yanvarın 26-da Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Qətər Dövlətində səfərdə olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Qətərin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 5-ci iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Qətər tərəfindən isə xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al Mureyxi rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin ümumi maraq doğuran bir sıra regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Ticarət, sərmayə, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Nazir müavini Yalçın Rəfiyev səfər çərçivəsində, həmçinin Qətər Dövlətinin Xarici Ticarət Məsələləri üzrə dövlət naziri Ahmed bin Mohammed Al Sayed ilə görüşüb. Görüşdə Azərbaycan və Qətər arasında Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının ən qısa müddətdə keçirilməsi, eləcə də qarşılıqlı ticarət missiyalarının və biznes forumlarının təşkil edilməsinin zəruriliyi qeyd olunub.

Yalçın Rəfiyev Dohaya səfəri zamanı Münaqişə və Humanitar Tədqiqatlar Mərkəzində (Center for Conflict and Humanitarian Studies - CHS) də olub, Mərkəzin direktoru Ghassan Elkahlout və ekspertləri ilə görüşüb. Görüşdə Azərbaycanın xarici siyasəti, Cənubi Qafqaz və Yaxın Şərq regionlarında cərəyan edən hadisələr ilə bağlı fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Yalçın Rəfiyev Qətərin Corctaun Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq və Regional Araşdırmalar Mərkəzinin (Center for International and Regional Studies (CIRC)) rəhbərliyi, müəllim və tələbə heyəti ilə görüşüb. Nazir müavini Azərbaycanın xarici siyasət prioritetləri, regional və qlobal məsələlərə dair Azərbaycanın baxışları, eləcə də Ermənistan-Azərbaycan postmünaqişə dövrü, normallaşma prosesi və işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa və yenidənqurma işləri barədə dinləyiciləri məlumatlandırıb və iştirakçıların suallarını cavablandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930