ritor.az

Şəhid ailələrinə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına vəsait xərclənəcək

30-09-2022, 22:37 128 dəfə baxılıb


Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələri artırılır.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu mənbələr sırasına dövlət icbari şəxsi sığorta vəsaiti də daxil edilir.

İndiyə qədər şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilirdi.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

RİTOR.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930