ritor.az

Frank-Valter Ştaynmayer: Orta Dəhliz Almaniya iqtisadiyyatı üçün də maraqlı perspektivdir

2-04-2025, 21:19 10 dəfə baxılıb

Frank-Valter Ştaynmayer: Orta Dəhliz Almaniya iqtisadiyyatı üçün də maraqlı perspektivdir
Frank-Valter Ştaynmayer: Orta Dəhliz Almaniya iqtisadiyyatı üçün də maraqlı perspektivdir

Çox şadam ki, Azərbaycan dünyanın əsas ticarət yollarının birləşdiyi məkana çevrilir.

RİTOR.az xəbər verir ki, bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

Almaniya Prezidenti qeyd edib: “Biz hər ikimiz təkcə Mərkəzi Asiya ilə deyil, həmçinin Uzaq Şərq, Cənub-Qərbi Asiya, eləcə də Çin ilə iqtisadi və ticarət əlaqələrində maraqlıyıq. Eyni zamanda, hazırda mövcud nəqliyyat marşrutlarının nə dərəcədə məhdud olduğunu və onların hansı imkanlarla işlədiyini də yaxşı bilirik. Bu baxımdan Orta Dəhliz Almaniya iqtisadiyyatı üçün də maraqlı perspektivdir. Cənubi Qafqaz son dövrlərdə olduğu kimi, siyasi baxımdan daha sabit inkişaf etdikcə, bu perspektiv daha da cəlbedici olacaqdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930