Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib 21.12.2024 [10:18] Çap et A+ A-
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar Prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
Ritor.az AZƏRTAC a istinadən xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: “Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş faciəli hadisə nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı”.
Dövlətimizin başçısı faciə ilə əlaqədar Frank-Valter Ştaynmayerə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.