ritor.az

Mövlud Çavuşoğlu: Parçalanmış dünyada yeni güclər səhnəyə çıxmaqdadır

13-03-2025, 15:08 19 dəfə baxılıb

Mövlud Çavuşoğlu: Parçalanmış dünyada yeni güclər səhnəyə çıxmaqdadır
Mövlud Çavuşoğlu: Parçalanmış dünyada yeni güclər səhnəyə çıxmaqdadır
Bakı, 13 mart, RİTOR.az

Biz qlobal tarixin kəsişən nöqtəsində yaşayırıq. Bu dəyişikliklər təkcə nəzəri deyil, həmçinin real vaxtda ərsəyə gəlməkdədir.

RİTOR.az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasında Türkiyə Böyük Millət Məclisinin üzvü, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

İkinci Dünya müharibəsindən sonrakı düzənin hələ də tam başa çatmadığını söyləyən Mövlud Çavuşoğlu bildirib: “Lakin biz qəbul etməliyik ki, 80 il yaşadığımız dövr artıq dəyişir. Türkiyə olaraq düşünürük ki, əvvəlkindən fərqli olaraq Rusiya-ABŞ-dan çox, Çin-ABŞ rəqabətini görəcəyik. Parçalanmış dünyada yeni güclər səhnəyə çıxmaqdadır. Bu məsələlər qlobal Qərb tərəfindən başa düşülməlidir. Biz ən azından gözləntiləri başa düşməliyik. Əvvəlki sistem hələ tam dağılmayıb. Biz islahatlar apararaq hamının iştirakı ilə yeni sistem qurmalıyıq. Əməkdaşlıq çərçivəsində münasibətləri dəyişməliyik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930