ritor.az

Çavuşoğlu: "Rusiyanın qismən səfərbərlik qərarı durumun ciddiliyini göstərir"

21-09-2022, 21:56 182 dəfə baxılıb

“Rusiyanın qismən səfərbərlik qərarı və Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərində referendum elan edilməsi durumun ciddiliyini göstərir”.

RİTOR.AZ “report”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Ukrayna müharibəsində humanitar böhranın dərinləşməsinin qarşısıını almağa çalışırıq. İndi yeni reallıqlar yaranıb. Müharibə uzandıqca konkret həllə nail olmaq çətinləşir. Amma diplomatiya hələ də yeganə dialoq yoludur”, - o bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930