ritor.az

Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətləri müzakirə olunub

11-03-2025, 13:44 2 dəfə baxılıb

Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətləri müzakirə olunub
Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətləri müzakirə olunub
Tbilisi, 11 mart, RİTOR.az

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

RİTOR.az xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasında tarixən möhkəm dostluq münasibətlərini, Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətlərini müzakirə ediblər. Ölkələrimiz arasında müxtəlif beynəlxalq və regional formatlarda uğurlu əməkdaşlığın vacibliyi vurğulanıb.

Söhbət zamanı Cənubi Qafqaz regionunda cərəyan edən hadisələrə də toxunulub.

Mixail Kavelaşvili bildirib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyir, bu prosesə bundan sonra da töhfə verməyə hazırdır.

Görüşdə, həmçinin Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Gürcüstan Prezidenti ölkəsinin suverenliyi və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930