ritor.az

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 1,3 milyard dolları keçib

12-02-2025, 20:45 2 dəfə baxılıb

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 1,3 milyard dolları keçib
Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 1,3 milyard dolları keçib
Tbilisi, 12 fevral, Ritor.az

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Ticarət Komitəsinin sədri Azər Əmiraslanov Tbilisidə Gürcüstan Parlamentinin İqtisadiyyat və İqtisadi Siyasət Komitəsinin sədri Şota Berekiaşvili ilə görüşüb.

Ritor.az AZƏRTAC a istinadən xəbər verir ki, görüşdə Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı diqqət mərkəzində olub. Xüsusilə, Nəqliyyat Dəhlizinin əhəmiyyəti və onun tranzit potensialı vurğulanıb, tərəfdaşlığın dərinləşdirilməsi məqsədilə bu potensialdan maksimum yararlanmanın vacibliyi qeyd edilib.

İki ölkə arasında ticarət dövriyyəsinin 1,3 milyard dolları keçdiyi, bunun 780 milyon dollarının Azərbaycan ilə Gürcüstan arasında həyata keçirilən ixracatın payına düşdüyü bildirilib. Hər iki tərəf gələcəkdə ticarət həcmini daha da artırmaq üçün çalışacaqlarını vurğulayıb.

Qeyd edilib ki, Azərbaycandan Gürcüstana fəal şəkildə sərmayələr yatırılır, Gürcüstanda çoxsaylı Azərbaycan şirkətləri fəaliyyət göstərirlər.

Vurğulanıb ki, strateji tərəfdaşlıq sayəsində bölgədə sülh və sabitliyin qorunmasına daha çox nail olmaq mümkündür. Bu səbəbdən həm Gürcüstanda, həm də Azərbaycanda iqtisadi artımın davam etməsi və qorunması vacibdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930