ritor.az

Qarşıdakı aylarda Enerji İşçi Qrupunun iclasının keçirilməsi müzakirə olunub

30-01-2025, 18:56 37 dəfə baxılıb

Qarşıdakı aylarda Enerji İşçi Qrupunun iclasının keçirilməsi müzakirə olunub
Qarşıdakı aylarda Enerji İşçi Qrupunun iclasının keçirilməsi müzakirə olunub
Bakı, 30 yanvar, Ritor.az

Energetika naziri Pərviz Şahbazovla Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku arasında görüş olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın təşkilata sədrliyi dövründə əməkdaşlıq gündəliyində enerji sahəsinə dair məsələlər, həmçinin ölkəmizin enerji təhlükəsizliyindəki rolu və qlobal enerji keçidi ilə bağlı müzakirələr aparılıb.

Baş katib Azərbaycanın təşkilatla əməkdaşlığının fəal və konstruktiv olduğunu qeyd edib və ölkəmizin təşkilatın sədri, Enerji İşçi Qrupunun koordinatoru kimi Qara dəniz regionunda çoxşaxəli əlaqələrin inkişafına da töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə Azərbaycanda həyata keçirilən bərpaolunan enerji layihələri, eləcə də “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsindən danışılıb. Layihənin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji tərəfdaşlığının gücləndirilməsinə xidmət edəcəyi bildirilib.

Söhbət zamanı qarşıdakı aylarda Enerji İşçi Qrupunun iclasının təşkili və enerji sahəsində perspektiv imkanlar da nəzərdən keçirilib.

Qeyd edək ki, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi 2025-ci ilin 1 yanvarından 30 iyununa qədər olan dövrü əhatə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930