ritor.az

Azərbaycan və Türkiyənin energetika nazirləri İqdırda görüşüb

5-03-2025, 19:28 0 dəfə baxılıb

Azərbaycan və Türkiyənin energetika nazirləri İqdırda görüşüb
Azərbaycan və Türkiyənin energetika nazirləri İqdırda görüşüb
Bakı, 5 mart, RİTOR.az

Bu gün İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak etmək üçün Azərbaycan energetika naziri Pərviz Şahbazov Türkiyəyə səfər edib.

RİTOR.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Pərviz Şahbazov qardaş ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə İqdır şəhərində görüşüb.

Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

Nəzərə çatdıraq ki, 2023-cü ilin sentyabrında İqdır-Naxçıvan qaz kəmərinin təməli Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev tərəfindən qoyulub.

Bu gün hər iki dost və qardaş ölkənin prezidentləri tərəfindən boru kəmərinin istismara verilməsi mərasimi keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930