ritor.az

Bu gündən avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirəcək

22-02-2025, 19:43 2 dəfə baxılıb

Bu gündən avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirəcək
Bu gündən avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirəcək
Bakı, 22 fevral, Ritor.az
Bu gün avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirəcək. Ötən gün təhlükəsizlik məqsədilə avtobusların fəaliyyətinə tətbiq edilən saat məhdudiyyəti aradan qaldırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində çalışır.

AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb.

Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar avtobusların fəaliyyətində məhdudiyyətlər ola bilər.

Sərnişinlərdən müvəqqəti məhdudiyyətləri anlayışla qəbul etmələri xahiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930